Zelenski NATO-nun sammitində iştirak edəcək

Zelenski NATO-nun sammitində iştirak edəcək
  26 May 2025    Oxunub:802
Hollandiyanın Müdafiə naziri Ruben Brekelmans Ukrayna prezidenti Volodimir Zelenskinin Haaqada keçiriləcək NATO sammitində iştirak edəcəyini açıqlayıb.
AzVision.az “WNL op Zondag” nəşrinə istinadən xəbər verir ki, Ruben Brekelmans Şimali Atlantika Alyansının Volodimir Zelenskiyə sammit proqramında “layiqli yer” təmin etmək üzərində işlədiyini deyib.

Eyni zamanda, görüş çərçivəsində Ukrayna prezidenti ilə Amerika lideri Donald Tramp arasında söhbətin təşkil olunub-olunmayacağına cavab verməkdə hollandiyalı nazir çətinlik çəkib.

Xatırladaq ki, bundan əvvəl “Ansa” agentliyi Vaşinqtonun Volodimir Zelenskinin NATO sammitinə dəvət edilməsinin əleyhinə olduğunu yazmışdı. Nəşrin yazdığına görə, demək olar ki, bütün müttəfiqlər bu qərarla bağlı Vaşinqtona öz çaşqınlıqllarını ifadə ediblər.

NATO-nun iyunun 24-26-da Haaqada keçiriləcək sammitində Ukraynanın hərbi bloka qoşulmasının yox, hərbi xərclərin və istehsalın artırılması mövzusunun müzakirə olunacağı bildirilir.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: NATO   Zelenski  





Xəbər lenti