Paşinyan Konstitusiya ilə şəxsən məşğul olacaq

"Müqaviləni Konstitusiya Məhkəməsinə göndərməliyik. Burada seçim yoxdur. Əgər Konstitusiya Məhkəməsi razılaşmanın Ermənistan qanunlarına uyğun olmadığı barədə qərar çıxarsa, o zaman mənim şəxsi mövqeyim ondan ibarətdir ki, mən konstitusiyaya dəyişikliklərlə bağlı təşəbbüs göstərəcəyəm. Çünki hesab edirəm ki, sülh bağlamaq fürsətini əldən buraxmaq olmaz”, - Paşinyan “Yerevan Dialogue” beynəlxalq forumunda deyib.
Paşinyan həmçinin qeyd edib ki, təxribatlara baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq.
- Xanımlar və cənablar, mən inanıram ki, bütün mübahisələrə, bütün təxribatlara və sairə baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq. Sülh olacaq və bu, mənə son dərəcə aydın görünür”, - Ermənistan hökumətinin rəhbəri vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Paşinyan Konstitusiya