Tehran: "ABŞ ilə müvəqqəti razılaşma yolverilməzdir"

      Tehran:    "ABŞ ilə müvəqqəti razılaşma yolverilməzdir"
  26 May 2025    Oxunub:774
"Tehran və Vaşinqton arasında nüvə proqramı üzrə danışıqların beşinci raundunda müvəqqəti razılaşma məsələsi nəzərdən keçirilməyib".
Bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi jurnalistlərə açıqlamasında dilə gətirib. O, eyni zamanda, vurğulayıb ki, rəsmi Tehranın "uranın zənginləşdirilməsinin dayandırılacağı" barədə xəbərləri təsdiqləmir.

"Danışıqlar çərçivəsində ABŞ ilə müvəqqəti razılaşma hələlik gündəliyimizdə yoxdur", - Bəqayi söyləyib.
İranla danışıqlar Trampın ürəyincədir | VİDEO

Xatırladaq ki, ABŞ-nin İranla nüvə proqramı üzrə 2018-ci ildə dayandırdığı danışıqlar ötən ayın əvvəlində yenidən başlayıb. Omanın vasitəçiliyi ilə keçirilən danışıqlar ABŞ və İran arasında son 8 il ərzində ən mühüm təmas kimi qiymətləndirilir. İndiyədək danışıqların dörd mərhələsi baş tutub. Sonuncu, yəni beşinci mərhələ isə ötən şənbə Romada keçirilib. ABŞ Prezidenti Donald Tramp sonuncu görüş haqqında mətbuata müsahibəsində diqqətə çatdırıb ki, Vaşinqton "uğurlu danışıqlarda real irəliləyişə çatıb".

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   ABŞ   nüvə-danışıqları  





Xəbər lenti