Almaniya Rusiya ilə müharibəyə hazırlaşır

“Sənəddə Breyer ilk növbədə əldə edilməli və ya hazırlanmalı olan silahlar üçün prioritetləri müəyyənləşdirir. Bunlara, xüsusən də pilotsuz təyyarələrin qarşısını almaq üçün Almaniyanın hava hücumundan müdafiəsini (HHM) gücləndirmək daxildir. Digər prioritet, 500 kilometrdən (310 mil) çox məsafədə və cəbhə xəttindən daha uzaqda yerləşən hədəfləri effektiv şəkildə vurmaqla dərinliyə dəqiq zərbələr endirmək bacarığıdır”, - agentlik bildirir.
Ölkənin sursat ehtiyatlarını artırmaqda israrlı olan Bundesverin Baş inspektoru, həmçinin Almaniyaya bütün növ silahlar üçün göstəriciləri artırmağı əmr edir.
Sənəddə sadalanan digər prioritetlərə Almaniyanın elektron müharibə imkanlarının sürətlə genişləndirilməsi və kosmosda davamlı “hücum və müdafiə imkanları” sisteminin yaradılması daxildir.
Bundan əvvəl ordu komandanı Alfons Mays qeyd etmişdi ki, Moskvanın apardığı kütləvi sosial və sənaye səfərbərliyi Rusiya qüvvələrinin sürətlə atəş gücünü artırdığını göstərir.
- Ən geci 2029-cu ildən etibarən Rusiya qüvvələri NATO ərazisinə geniş miqyasda şərti təcavüz edə biləcək. Lakin onlar bizi daha tez sınaqdan keçirməyə başlaya bilərlər”, - general Alfons Mays iddia edib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Almaniya Rusiya müharibə