Finlandiya-Rusiya münasibətləri gərginləşirmi?

   Finlandiya-Rusiya münasibətləri gərginləşirmi?
  26 May 2025    Oxunub:839
Rəsmi Helsinki Rusiya Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə Porvo şəhəri yaxınlığında ölkənin hava məkanını pozduğuna görə Moskva səfiri Pavel Kuznetsovu izahat verməsi məqsədilə Xarici İşlər Nazirliyinə çağırıb.
Nazirlik bu barədə bəyanat yayıb. Bəyanatda həmçinin Finlandiya Müdafiə Nazirliyinin mayın 23-də Rusiya hərbi təyyarələrinin sərhədi pozması iddiası təsdiqlənib.

Finlandiya hökuməti hazırda faktla əlaqədar təhqiqat və istintaq aparır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Finlandiya   Rusiya   nazir   izahat  





Xəbər lenti