Bişkek sülh müqaviləsinə töhfə verməyə hazırdır

   Bişkek sülh müqaviləsinə töhfə verməyə hazırdır
  26 May 2025    Oxunub:999
Qırğızıstan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün platforma irəli sürməyə hazırdır.
Bu barədə Qırğızıstan parlamentinin spikeri Nurlanbek Şakiyev İrəvana səfəri çərçivəsində erməni həmkarı Alen Simonyanla görüşündə danışıb.

Görüş əsnasında tərəflər, eyni zamanda, qarşılıqlı məsələlər, xüsusilə parlamentlərarası əməkdaşlıq və parlament dostluq qrupları arasında əlaqələrin artırılması üzrə müzakirələr aparıblar.

Xatırladaq ki, mayın 16-da Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan qarşılıqlı əlaqələrin normallaşdırılması mövzusunda fikir mübadiləsi aparıblar.
Lavrov: "Bakı və İrəvana uğurlar arzulayırıq"

Martın 13-də Bakı və İrəvan sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə danışıqları başa çatdırıb. Tərəflərin razılaşdığı son iki məqam sərhəddə üçüncü ölkə qüvvələrinin yerləşdirilməməsi və beynəlxalq məhkəmələrdəki iddialardan qarşılıqlı imtina ilə əlaqədar idi. Hərçənd müqavilənin imzalanması üçün dəqiq vaxt hələlik bəlli deyil.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qırğızıstan   Azərbaycan   Ermənistan   sülh-danışıqları  





Xəbər lenti