Məşhur türk musiqiçi dünyasını dəyişib

   Məşhur türk musiqiçi dünyasını dəyişib
  26 May 2025    Oxunub:876
İki il idi ki, ağciyər xərçəngi xəstəliyindən əziyyət çəkən məşhur türkiyəli musiqiçi, müğənni, aktyor İlhan Şeşen 76 yaşında dünyasını dəyişib.
Bu barədə onu ailəsi sosial şəbəkədə məlumat yayıb. Həyat yoldaşı, qızı və nəvəsinin adından bildirilən məlumatda musiqiçinin bütün fanatlarına başsağlığı verilib.

İlhan Şeşen 1948-ci il iyunun 18-də Manisa şəhərində dünyaya gəlib. Musiqi fəaliyyətinə 1968-ci ildə başlayıb. Daha çox "Grup Gündoğarken" musiqi qrupu ilə birlikdə tanınıb. Solo fəaliyyətində "Sarılınca sana", "Ellerimde çiçekler", "Sen benim şarkılarımsın" və s. kimi romantik məzmunlu mahnıları ilə seçilib. Eyni zamanda, bir sıra televiziya və kino layihəsində aktyor kimi də özünü sınayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   musiqiçi   vəfat  





Xəbər lenti