Şumaxerin Ferrarisi hərracda 16 milyon avroya satılıb

Məlumata görə, alıcı haqda məlumatlar məxvi saxlanılıb, kimliyi açıqlanmayıb.
Qeyd edilir ki, Şumaxer 2001-ci ildə bu avtomobillə Macarıstan və Monako Qran-Prisini qazanıb və həmin il beşinci "Formula 1" çempionluğunu alıb. Ferrari F2001 Scuderia Ferrari komandasının tarixində ən uğurlu avtomobillərdən biri hesab olunur.
AzVision.az
Teqlər: