Putin Kremldə Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib

   Putin Kremldə Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib
  26 May 2025    Oxunub:292
Rusiya prezidenti Vladimir Putin Türkiyənin xarici işlər naziri Hakan Fidanı Kremldə qəbul edib.
AzVision.az xəbər verir ki, Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə mayın 25-dən 27-dək Rusiyada işgüzar səfərdədir.

Nazirlərin mayın 27-də danışıqlar aparacağı və Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilən danışıqlardan sonra vəziyyətin inkişafı ilə bağlı fikir mübadiləsi aparacağı gözlənilir.

Nazirlər həmçinin Rusiya və Ukrayna arasında danışıqların gələcək tarixlərini də müzakirə edəcəklər.

AzVision.az



Teqlər:





Xəbər lenti