Rütte NATO sammitinin pozula biləcəyindən qorxur

   Rütte NATO sammitinin pozula biləcəyindən qorxur
  27 May 2025    Oxunub:652
NATO-nun baş katibi Mark Rütte alyansın iyunda keçiriləcək sammitinin “qısa və məzmunlu” olmasını istəyir.
AzVision.az xəbər verir ki, avropalı məmurlara istinad edən “The New York Times (NYT)” nəşri Mark Rüttenin Ukrayna məsələsində, o cümlədən Donald Trampın mövqeyinə görə açıq fikir ayrılıqlarından qaçmağa çalışdığını yazıb.

Qəzet Trampın Ukraynanın gələcəyi ilə bağlı Avropa ölkələri ilə razılaşmadığına diqqət çəkib. Ukrayna hakimiyyəti, öz növbəsində ölkənin NATO-ya daxil olmasında israrlıdır, lakin ABŞ prezidenti buna qarşıdır.

Zelenski NATO-nun sammitində iştirak edəcək
“Bu baxımdan, Ukraynanın sammitdəki rolu qeyri-müəyyən olaraq qalır. Ən azı Trampın görüşdə iştirakı gözlənilən Volodimir Zelenskiyə qarşı laqeyd münasibətinə görə”, - qəzetdə dərc olunan materialda deyilir.

Xatırladaq ki, Şimali Atlantika Alyansının növbəti sammiti iyunun 24-25-də Haaqada keçiriləcək. Burada 45-ə yaxın dövlət və hökumət başçısının iştirak edəcəyi gözlənilir. Ukrayna prezidenti Volodimir Zelenski sammitə dəvət alsa da, onun tədbirin açılışını qeyd etmək üçün əsas şam yeməyinə dəvət olunub-olunmadığı hələlik bəlli deyil.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   NATO   sammit  





Xəbər lenti