Peskov: "Kiyev sülh prosesinə zərbə vurur"

      Peskov:    "Kiyev sülh prosesinə zərbə vurur"
  27 May 2025    Oxunub:512
"Ukraynanın Rusiya ərazisinə artan hücumları sülh müqaviləsinin imzalanması üçün aparılan danışıqlarla ziddiyyət əmələ gətirir".
Bu sözləri Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov jurnalistlərə açıqlamasında dilə gətirib. O vurğulayıb ki, rəsmi Moskva Ukrayna Silahlı Qüvvələrinin vəziyyətin normallaşmasına zərbə vuran hücumlarını qətiyyətlə pisləyir.

Peskov, eyni zamanda, diqqətə çatdırıb ki, müharibənin həlli üzrə danışıqlar səngiməyib.

"Hərçənd bu həllin öz yerini tezliklə tapmasını istəyirik, amma məsələ asan başa gələsi deyil. Ukrayna münaqişəsinin həlli mürəkkəbdir, kifayət qədər vaxt lazımdır", – mətbuat katibi söyləyib.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri son günlər müxtəlif üsullarla, o cümlədən pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın sərhədyanı rayonlarını intensiv atəşə tutur.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   müharibə  





Xəbər lenti