Fidan Lavrovla görüşüb

   Fidan Lavrovla görüşüb
  27 May 2025    Oxunub:657
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya səfəri çərçivəsində Moskvada həmkarı Sergey Lavrovla görüşüb.
Türkiyə mətbuatının yaydığı xəbərə görə, qarşılıqlı və regional məsələlər üzrə müzakirələr aparan tərəflər görüşün yekununda mətbuat konfransı keçiriblər. Hakan Fidan Rusiya ilə münasibətlərin ölkə liderlərinin müəyyənləşdirdikləri istiqamətdə uğurla irəlilədiyini diqqətə çatdırıb.

O, eyni zamanda, Rusiya-Ukrayna müharibəsinin həlli üzrə İstanbulda nümayəndə heyətləri arasında aparılmış danışıqları yüksək qiymətləndirərək, rəsmi Ankaranın bu prosesə hər cür dəstək verəcəyini bildirib.

Lavrov isə, öz növbəsində, Ukraynada müharibənin yalnız davamlı sülhlə başa çatacağını dilə gətirib.

Nazirlər həmçinin Suriyada və Qəzza zolağında cari vəziyyət ətrafında da fikir mübadiləsi aparıblar. Lavrov BMT qətnamələri çərçivəsində Fələstin dövlətinin rəsmi tanınmasının vacibliyini vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   Rusiya   nazir   görüş  





Xəbər lenti