Siyasətdən gedən Corcesku faşizmdə ittiham olunur

   Siyasətdən gedən Corcesku faşizmdə ittiham olunur
  27 May 2025    Oxunub:647
Rumıniya prezidentliyinə keçmiş namizəd Kelin Corcesku faşist “Legioner hərəkatı”nın ideyalarını təbliğ etməkdə günahlandırılır.
AzVision.az Rumıniya mediasına istinadən xəbər verir ki, ittihamlar mayın 27-də, Corcesku Baş Prokurorluqda dindirilməyə gələndə irəli sürülüb. İstintaqın fikrincə, siyasətçi legionerlərin lideri Korneliu Zelya Kodryanunun bəyanatlarından açıq sitat gətirməklə faşist, irqçi və ksenofobiya ideyalarını təbliğ edib. Prokurorluq bunu totalitar ideologiyaların təbliğatını qadağan edən qanun pozuntusu kimi qiymətləndirib.

Bu, Kelin Corcesku ilə bağlı yeganə cinayət işi deyil. O, əvvəllər yalan məlumat yaymağa, konstitusiya quruluşuna qarşı hərəkətlərə çağırmağa, yalan bəyannamələr verməyə, faşist və antisemit təşkilatlar yaratmağa, müharibə cinayətlərində və insanlıq əleyhinə cinayətlərdə təqsirli olan şəxslərə pərəstişkarlığı açıq şəkildə təbliğ etməyə görə məsuliyyətə cəlb olunub.

Xatırladaq ki, bundan əvvəl Rusiyaya müsbət münasibəti ilə seçilən Kelin Corcesku prezident seçkilərindən sonra siyasətdən getdiyini açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Corcesku   faşizm  





Xəbər lenti