“Təəssüflə bildirirəm ki, indiyədək Amerika tərəfdən bu məsələyə heç bir aydınlıq gətirillməyib”, - iranlı diplomat bildirib.
Onun sözlərinə görə, Tehranın İrana qarşı qoyulan məhdudiyyətlərin necə aradan qaldırılacağı ilə bağlı aydın anlayışa ehtiyacı var.
- Biz əmin olmalıyıq ki, İran xalqına qarşı tətbiq olunan sərt sanksiyalar həqiqətən də iqtisadi, bank və ticarət sahələrində aradan qaldırılacaq. Keçmiş mənfi təcrübələr təkrarlanmamalıdır”, - İsmayıl Bağayi vurğulayıb.
|
| Tehran: "Trampın hədələri qırmızı xəttdir" | VİDEO |
İranın nüvə proqramı ilə bağlı Vaşinqton-Tehran danışıqları davam edir. Mayın 23-də Omanın vasitəçiliyi ilə Romada məsləhətləşmələrin beşinci raundu keçirilib. Omanın Xarici İşlər naziri Bədr əl-Busəidinin dediyinə görə, tərəflər “müəyyən, lakin yekun olamayn” razılığa gəliblər. İran tərəfi növbəti bir-iki görüşdə müsbət nəticənin əldə olunacağına ümid etdiyini bildirib.
İki gün əvvəl isə, adı çəkilməyən iranlı mənbə “Fars” xəbər agentliyinə müsahibəsində Trampın İranı nüvə obyektlərinə zərbə endirməklə hədələməsinin açıq-aşkar qırmızı xətt kimi qiymətləndirərək, bunun ağır nəticələr verəcəyinin qaçılmaz olduğunu deyib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


