Kiyev ABŞ ilə 2 sazişi deputatlardan gizlədir? - VİDEO

   Kiyev ABŞ ilə 2 sazişi deputatlardan gizlədir?    - VİDEO
  02 İyun 2025    Oxunub:968
Ali Radanın deputatlarına kommersiya məxfiliyini əsas gətirərək ABŞ ilə yeraltı sərvətlərə dair əlavə razılaşmalarla tanış olmağa icazə verilmir.
AzVision.az xəbər verir ki, Ali Radanın deputatı Yaroslav Jeleznyak öz Telegram-kanalında belə paylaşım edib.

“Hökumət bütün rəsmiləşdirmələri başa çatdırdığını elan edən kimi biz İqtisadiyyat nazirliyindən bu iki əlavə razılaşmanı tələb etdik. Bizi öz qurumlarına- İqtisadiyyat nazirliyi yanında dövlət-özəl sektor tərəfdaşlığına dəstək üçün idarəyə yönləndirdilər, onlar isə bunun kommersiya sirri olduğunu bildirdilər”, - Jeleznyak yazıb.

Eyni zamanda, deputat xatırladıb ki, Ukrayna hökuməti ABŞ ilə təbii sərvətlərə dair saziş tam hazır olan kimi onun bütün detallarını Ali Radaya təqdim edəcəyinə söz verib.

ABŞ-Ukrayna sazişinin təfərrüatları
Qeyd edək ki, bir ay əvvəl ABŞ və Ukrayna mineral ehtiyatlara dair saziş imzalayıb. Sənəd hasilat sənayesində ölkələr arasında birgə layihələr üçün investisiya fondunun yaradılmasını nəzərdə tutur. Xüsusilə, Ukraynanın neft, qaz və digər sərvət yataqlarının işlənməsi və istismarı planlaşdırılır.

Sənədə əsasən, Kiyev yeraltı sərvətlər üzərində nəzarəti saxlayacaq və ilk on ildə yeni lisenziyalardan əldə edilən gəlir ölkənin bərpasına yönəldiləcək. Fond bərabər əsaslarla idarə olunacaq.

Təxminən bir trilyon dollar civarında qiymətləndirilən bu saziş Ukrayna ilə ABŞ arasında 2025-ci ilin fevral ayının əvvəlindən müzakirə edilirdi. Razılaşmanın təşəbbüskarı Amerika prezidenti Donald Tramp olub. O, Ukrayna resursları müqabilində ABŞ-dən Kiyevə yardım təklif edib.

Daha sonra isə, Donald Tramp ABŞ-nin Ukraynanın ehtiyatlarının hasil olunacağı əraziləri kənar müdaxilərdən və təhlükələrdən qoruyacağına söz verib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Ukrayna   saziş  



Xəbər lenti