Tomas Barrak: “Trampın səbri tükənir” - VİDEO

       Tomas Barrak:  “Trampın səbri tükənir”    - VİDEO
  03 İyun 2025    Oxunub:1440
ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib.
AzVision.az xəbər verir ki, ABŞ-nin Türkiyədəki səfiri Tomas Barrak “NTV” telekanalına müsahibəsində Amerika liderinin Ukraynadakı döyüşlərlə bağlı “səbrinin sona çatdığını” bildirib.

Amerikalı diplomat, həmçinin münaqişənin həllində Türkiyənin əsas rol oynadığını da vurğulayıb.

“Düşünürəm ki, Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə ənənəvi əlaqələri var ki, bu da ən azı onu dialoqun qurulmasında mühüm vasitəçi edir”, - Tomas Barrak deyib.

Bennon senator Qremi həbs etməyə çağırıb - VİDEO
Daha əvvəl Amerikanın hər iki əsas partiyasının senatorlarının Trampın Rusiya prezidenti Vladimir Putinə qarşı qətiyyətsiz yanaşmasından təngə gəldiyi və Moskvaya qarşı sanksiyalar paketini qəbul etməyə can atıqları bildirilmişdi.

Maraqlıdır ki, Donald Trampın keçmiş müşaviri Stiv Bennon Rusiyaya qarşı ikinci dərəcəli tariflərin tətbiqi ideyasının təsəbbüşkarı olan respublikaçı senator Lindsi Qremin həbs edilməsinə çağırıb.


Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Tramp   Ukrayna   səbr  



Xəbər lenti