“Bunlar, konteynerldərədn uçan İran, hələ Çini demirik, PUA-larının vurduğu Amerikanın strateji B-2 strateji bombardmançı təyyarələri tərəfindən ola bilərdimi?”, - qəzet hərbi analitik Fred Kaqandan ritorik sualı sitat gətirir.
Qeyd edək ki, hazırda ABŞ-nin strateji bombardmançı donanması kiçikdir və “Soyuq müharibə” dövründəkinin “təxminən üçdə birinə bərabərdir. Amerikanın strateji bombardmançı təyyarələri ib.
“WSJ” yazır ki, bu baxımdan, Ukraynanın hücumundan götürülən dərslərdən biri prezident Trumpın planlaşdırdığı “Qızıl Qübbə” raketdən müdafiə qalxanının vaxt itkisi olmadığının sübuta yetməsidir.
Xatırladaq ki, iyunun 1-də Ukraynanın “Hörümçək toru” adı altında keçirdiyi genişmiqyaslı əməliyyat zamanı Rusiyanın hərbi aerodromları, o cümlədən Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki obyektlərə zərbələr endirilib. Əməliyyatın Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) tərəfindən təşkil olunduğu və il yarımdan çox müddətə hazırlandığı bildirilir.
Bununla belə, Fransanın “Le Monde” qəzeti bu hücumun ABŞ-nin peyk rabitəsi olmadan həyata keçirilə bilməyəcəyinə diqqət çəkib. Ukraynanın baş naziri Denis Şmıqal isə, “Hörümçək toru” əməliyyatının təkrarlana biləcəyini istisna etməyib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


