Kanadada meşə yanğınları 400-dən çox evi məhv edib

Kanadada meşə yanğınları 400-dən çox evi məhv edib
  07 İyun 2025    Oxunub:701
Kanadanın Saskaçevan əyalətində meşə yanğınları 400-dən çox evi məhv edib, 2 mindən çox insan təxliyə olunub.
AzVision.az xəbər verir ki, bu barədə CBC məlumat yayıb.

Əyalətin baş naziri Skott Mo bildirib ki, yaxın zamanda təbii fəlakət zonasından təxliyə olunanların sayı 15 min nəfərə çatacaq.

Bölgədə, eyni zamanda, 21 aktiv yanğın ocağı mövcud olub, yanğınsöndürənlər onlardan ancaq səkkizini lokallaşdırmağa nail olublar.

Qeyd edək ki, Kanadanın iki əyalətində (Saskaçevan və Manitoba) meşə yanğınları ilə əlaqədar mayın 30-da fövqəladə vəziyyət elan olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti