Rusiya Krım körpüsündə hərəkəti dayandırıb

Rusiya Krım körpüsündə hərəkəti dayandırıb
  06 İyun 2025    Oxunub:482
Krım körpüsündə avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.
AzVision.az xəbər verir ki, bu barədə teleqram kanalında məlumat verilib.

“Krım körpüsündə avtomobillərin hərəkəti müvəqqəti olaraq bağlanıb. Körpüdə və yoxlama zonasında olanlardan sakit qalmağı və nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etməyi xahiş edirik”, - məlumatda deyilir.

Xatırladaq ki, çərşənbə axşamı Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Krım körpüsünə hücum barədə məlumat vermişdi. Partlayış nəticəsində alt səviyyədəki dayaqlara ciddi ziyan dəyib.

AzVision.az



Teqlər:



Xəbər lenti