Bununla belə, Macarıstanın Baş naziri Rusiya-Ukrayna müharibəsinin qlobal hərbi münaqişəyə çevriləcəyindən qorxmadığını vurğulayıb.
“Ruslar bunun üçün çox zəifdirlər. Onlar hətta Ukraynanı məğlub edə bilmirlər, ona görə də həqiqətdə NATO-ya hücum edə bilməzlər”, - o deyib.
Ukraynanın müharibədə uduza biləcəyini deyən Viktor Orban “əsl sülh danışıqları”nın Rusiya ilə ABŞ arasında olacağını bildirib.
- Nə Avropa, nə də Ukrayna Rusiya ilə razılığa gələ biləcək. Ukrayna - ona görə ki, müharibəni uduzur, Avropa isə - ona görə ki, bu işə həddən artıq qarışıb. Bu, ruslarla amerikalılar arasında razılaşma olmalıdır”, - Macarıstanın Baş naziri vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


