Mask öz hərəkətindən təəssüflənir - VİDEO

   Mask öz hərəkətindən təəssüflənir    - VİDEO
  11 İyun 2025    Oxunub:1275
Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampla bağlı yazılarının “həddindən çox uzağa getdiyini” bildirib.
AzVision.az xəbər verir ki, amerikalı milyarder “X” sosial şəbəkəsindəki səhifəsində bununla bağlı paylaşım edib.

“Keçən həftə ABŞ prezidenti Donald Tramp haqqında yazdığım bəzi yazılara təəssüflənirəm. Onlar həddən şox uzağa gediblər”, - İlon Mask yazıb.

İki gün əvvəl isə, sahibkar öz imicinə məhz öünün ən böyük zərbəni vurduğunu etiraf edib.

Xatırladaq ki, İlon Maskın paylaşımaları onunla Donald Trump arasında sosial mediada bu yaxınlarda ittiham mübadilələri , sahibkarın Ağ Evin iqtisadi siyasətini sərt şəkildə tənqid etməsi fonunda baş verib.

İlon Mask Ağ Evdən gedir - VİDEO
ABŞ prezidenti, öz növbəsində, milyarderi məsuliyyətsizlikdə günahlandıraraq, onun şirkətləri ilə hökumət müqavilələrini ləğv etməklə hədələyib və Maskı “dəli” adlandırıb. Donald Tramp həmçinin bildirib ki, büdcə layihəsini tənqid etdiyinə görə İlon Maskın hərəkətindən “çox məyus olduğunu” deyib.

Bu ittihamın qarşılığında İlon Mask “X” sosial şəbəkəsində yazıb ki, Tramp onun dəstəyi olmadan prezident seçkilərində qalib gələ bilməzdi.

Bununla belə, Los-Acelesdə yaşanan hadisələrlə bağlı sahibkar ABŞ prezidenti Donald Trampın mövqeyini dəstəkləyib.

Maraqlıdır ki, yaşanan qalmaqal fonunda Rusiya Dövlət Dumasının sədr müavini Vladislav Davankov Maska siyasi sığınacaq və Rusiya vətəndaşlığı verilməsini təklif edib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Mask   Tramp  



Xəbər lenti