Almaniya Ukraynaya əlavə 1,9 milyard avro ayırmağı planlaşdırır

Almaniya Ukraynaya əlavə 1,9 milyard avro ayırmağı planlaşdırır
  12 İyun 2025    Oxunub:400
Almaniya Ukraynaya hərbi yardım məqsədilə əlavə 1,9 milyard avro ayırmağı planlaşdırır.
"Bild" nəşrinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra bildirib.

"Son aylar ərzində Ukraynaya yardım 7 milyard avroya qədər artırılıb. İndi isə biz əlavə 1,9 milyard avro ayırmağı planlaşdırırıq. Bu, hələlik yekun qərar deyil, lakin biz hazırlıq mərhələsindəyik", – nazir qed edib.

Pistoriusun sözlərinə görə, vəsaitin bir hissəsi Ukrayna müdafiə sənayesindən avadanlıq alınması üçün istifadə olunacaq.




Teqlər:



Xəbər lenti