Hindistanda təyyarə qəzasında 310 nəfər həlak olub - YENİLƏNİB

   Hindistanda təyyarə qəzasında 310 nəfər həlak olub -   YENİLƏNİB
  12 İyun 2025    Oxunub:983
Hindistanın qərbində "Air India" aviaşirkətinə məxsus "Boeing 787 Dreamliner" təyyarəsinin qəzaya uğraması nəticəsində 310-dan çox insan həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə "The New Indian Express" qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, qəzaya uğrayan təyyarənin göyərtəsində olan sərnişinlərdən 240-dan çoxunun həlak olduğu artıq təsdiqlənib.

75 nəfər isə hava gəmisinin çırpıldığı yataqxanada olanlardır.

AzVision.az



Teqlər:



Xəbər lenti