Dünya çempionatında cüdoçularımızın rəqibləri müəyyənləşdi

Dünya çempionatında cüdoçularımızın rəqibləri müəyyənləşdi
  12 İyun 2025    Oxunub:461
İyunun 12-də Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə böyüklər arasında dünya çempionatının püşkatma mərasimi keçirilib.

AzVision.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.

Qeyd edək ki, mötəbər turnirdə Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək. Yığmamız həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Yarış sabah Bakı vaxtı ilə saat 13:30-da başlayacaq. Dünya çempionatının təsnifat mərhələsinin görüşlərini canlı olaraq judotv.com saytından, final blokunu isə 20:00-dan etibarən İdman TV telekanalından izləyə bilərsiniz.

AzVision.az



Teqlər:



Xəbər lenti