BAEA: "İranın nüvə obyektlərində sızma yoxdur"

      BAEA:    "İranın nüvə obyektlərində sızma yoxdur"
  13 İyun 2025    Oxunub:1103
"İsrail Hərbi Hava Qüvvələrinin İran ərazisində aviazərbələr endirdiyi "Nətənz" nüvə obyektində hər hansı radiasiya sızması aşkarlanmayıb".
Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İran hökumətindən aldığı məlumata istinadən bildirib. Agentlik həmçinin diqqətə çatdırıb ki, İran ərazisindəki digər bir atom elektrik stansiyası - "Buşəhr" isə İsrailin aviazərbələrinə tuş gəlməyib.
İsrail İrana zərbə endirib: 3 komandir ölüb

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus 200-dən çox təyyarə bu gün səhər saatlarında İrana genişmiqyaslı aviazərbələr endirib. Əməliyyat nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri, İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami və "Xətam Əl-Ənbiya" qoşunlarının komandiri Qulam Əli Rəşid, habelə başqaları həyatlarını itiriblər.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   İsrail   nüvə-obyekti   hücum  



Xəbər lenti