Tramp: "İrana daha çox zərbə vurulacaq"

      Tramp:    "İrana daha çox zərbə vurulacaq"
  13 İyun 2025    Oxunub:1114
ABŞ Prezidenti Donald Tramp İsrail Hərbi Hava Qüvvələrinin İran ərazisindəki nüvə və raket obyektlərinə genişmiqyaslı hücumunu yüksək qiymətləndirib.
O bu barədə "ABC News" telekanalına telefonla müsahibəsində danışıb. O, "İrana hələ daha çox zərbə vurulacağını" diqqətə çatdırıb.

"Zənnimcə, bu, əla alındı. Onlara şans verdik, amma qiymətləndirmədilər. Çox ağır zərbələrə tuş gəldilər. Davamı da gələcək", - ABŞ lideri vurğulayıb.

Maraqlıdır ki, o, hücumlara ABŞ-nin dəstək verib-vermədiyi barədə suala isə cavab vermək istəməyib.
Reuters: "İranın ən azı 20 komandiri ölüb"

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus 200-dən çox təyyarə bu gün səhər saatlarında İrana genişmiqyaslı aviazərbələr endirib. Əməliyyat nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri, İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami və "Xətam Əl-Ənbiya" qoşunlarının komandiri Qulam Əli Rəşid, habelə başqaları həyatlarını itiriblər. İran Ordusu bu hücuma cavabən İsrail ərazisinə 100-dən çox pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirməyə cəhd göstərib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İsrail   İran   hücum   reaksiya  



Xəbər lenti