İsrail ABŞ-ni müharibəyə qoşulmağa çağırır – “Axios”

   İsrail ABŞ-ni müharibəyə qoşulmağa çağırır –    “Axios”
  15 İyun 2025    Oxunub:2275
İsrail ABŞ-ı İranın nüvə proqramını məhv etmək üçün müharibəyə qoşulmağa çağırır. Lakin Tramp adminstrasiyası münaqişədən kənarda qalmaq istədiyini Təl-Əvivin diqqətinə çatdırıb.
“Axios”un məlumatına görə, Ağ Evin mövqeyi belədir ki, Fordodakı nüvə mərkəzi tam məhv ediləndən sonra əməliyyatlar dayandırılmalıdır.

Bu arada İsrailin baş naziri Benyamin Netanyahu ingilis dilində etdiyi müraciətdə İranın iki dəfə Trampı öldürmək üçün cəhd göstərdiyini bildirib. O, əvvəlcə ABŞ prezidentini ad günü, ABŞ ordusunu isə 250 illiyi münasibətilə təbrik edib. Daha sonra bildirib ki, İrana qarşı əməliyyatlar keçirməklə İsrail “Yaxın Şərqdə və onun hüdudlarından kənarda azadlığı müdafiə edir”.



Samir
AzVision.az


Teqlər: İsrail   İran  



Xəbər lenti