Gürcüstanda Milli Təhlükəsizlik Şurasının ləğvi nəzərdə tutulur

   Gürcüstanda Milli Təhlükəsizlik Şurasının ləğvi nəzərdə tutulur
  17 İyun 2025    Oxunub:1181
Gürcüstan hökuməti Milli Təhlükəsizlik Şurasının (MTŞ) ləğvi ilə əlaqədar parlamentə müraciət göndərib.
Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, "Milli təhlükəsizlik siyasətinin planlaşdırılması və əlaqələndirilməsi haqqında" qanuna dəyişiklik təklifinə əsasən, Milli Təhlükəsizlik Şurası 2025-ci il sentyabrın 1-dən öz fəaliyyətini dayandıracaq, onun səlahiyyətləri birbaşa hökumətə ötürüləcək.

Dəyişiklik parlament tərəfindən təsdiqlənərsə, MTŞ-nin ləğvi üçün xüsusi komissiya yaradılacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: Gürcüstan   MTŞ   ləğv  



Xəbər lenti