Makron-Meloni pıçıldaşmasının müəmması | VİDEO

   Makron-Meloni pıçıldaşmasının müəmması    | VİDEO
  17 İyun 2025    Oxunub:591
İtaliyanın baş naziri Corca Meloni Fransa prezidenti Emmanuel Makronun G7 sammitində Yaxın Şərqdəki vəziyyətlə bağlı onun qulağına pıçıldadığı şərhindən sonra gözlərini süzdürüb.
AzVision.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, hadisə Kanadanın Kananaskis kurortunda Böyük Britaniya, ABŞ, Kanada, Yaponiya və Avropa İttifaqı (Aİ) liderlərinin görüşü zamanı baş verib. Onlar İsrail və İran arasında hərbi münaqişənin gərginləşməsini, eləcə də Ukrayna böhranının müzakirəsi üçün görüşüblər.

Tramp İrana zərbələri nəzərdən keçirir - "Axios"
Video-materialda Meloninin Makronun ona nə pıçıldadığını eşitmək üçün əyildiyi və Fransa prezidentinin sözlərindən sonra İtaliyanın baş nazirinin gözlərini süzdürdüyü görünür.

Xatırladaq ki, iyunun 13-də İsrailin ordusu İranın nüvə silahı infrastrukturuna və yüksək rütbəli hərbçilərinə hücumundan sonra İsrail və İran bir-birinin ərazilərinə qarşılıqlı şəkildə raket zərbələri endirirlər.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Meloni   pıçıltı  



Xəbər lenti