Vaşinqtondan Kiyevə daha bir badalaq

   Vaşinqtondan Kiyevə daha bir badalaq
  17 İyun 2025    Oxunub:1083
ABŞ-də Ukrayna müharibəsi üzrə sülh danışıqlarını sürətləndirmək naminə Rusiyaya təzyiq göstərmək üçün yaradılmış qurumlararası işçi qrupu fəaliyyətini dayandırıb.
Bu barədə ABŞ hökumətinin adları çəkilməyən üç rəsmi nümayəndəsi "Reuters" xəbər agentliyinə bildiriblər. Onlar diqqətə çatdırıblar ki, sözügedən işçi qrupunun fəaliyyətinə bir neçə həftə əvvəl xitam verilib.

"Qrup yaz aylarında yaradılmışdı. ABŞ Prezidenti Donald Trampın Moskvaya qarşı sərt mövqe tutmadığı getdikcə aydınlaşanda qrup öz legitimliyi ötən ay itirib", - agentlik vurğulayır.
Siyasətdə məhəbbət macərası: Tramp Putindən nə istəyir?

Donald Tramp hələ seçki kampaniyasında Rusiya-Ukrayna müharibəsini "bir günə" başa çatdıracağı barədə vədlər versə də, Ağ Evə qayıtmasından bəri keçən 6 ay ərzində hər hansı ciddi irəliləyiş baş tutmayıb. Belə bir vəziyyətdə Tramp ABŞ-nin sülhə vasitəçilik səylərini tamamilə dayandıracağını söyləyib. Hazırda sözügedən işçi qrupunun ləğvi də ABŞ liderinin bu qəti qərarı ilə, şübhəsiz, əlaqədardır. Vaşinqtonun müharibəyə müdaxilədən bir adddım da geri çəkilməsinin Avropa İttifaqında narahatlığı artıracağı istisna deyil.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Ukrayna   Rusiya   sülh   danışıqlar  



Xəbər lenti