AEBA: İranda uranı zənginləşdirən sentrifuqa istehsalına ziyan dəyib

      AEBA:    İranda uranı zənginləşdirən sentrifuqa istehsalına ziyan dəyib
  18 İyun 2025    Oxunub:1005
İranın Tehran və Kərəc şəhərlərində uranı zənginləşdirən sentrifuqalar üçün avadanlıqların istehsal olunduğu obyektlər İsrailin hava zərbələri zamanı zədələnib.
AzVision.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) məlumat yayıb.

“Tehran müəssisəsində qabaqcıl sentrifuqalar üçün rotorların istehsal edildiyi və sınaqdan keçirildiyi bir bina zədələnib. Kərəcdə müxtəlif sentrifuqa komponentlərinin istehsal olunduğu iki bina dağıdılıb.

AEBA-da İranda iki sentrifuqa istehsalı obyektinin, Kərəcdəki TESA kompleksinin və Tehran Nüvə Tədqiqat Mərkəzinin vurulması barədə məlumat var. Hər iki sahə əvvəllər İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində agentliyin monitorinqi və yoxlaması altında olub”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, hava hücumları İsrail Hərbi Qüvvələrinə məxsus 50 təyyarə vasitəsilə həyata keçirilib. Bundan əlavə, hədəflərdən biri ballistik raketlər üçün komponentlər istehsal edən zavod olub.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:



Xəbər lenti