Bakıdakı UFC turniri start götürüb

Bakıdakı UFC turniri start götürüb
  21 İyun 2025    Oxunub:1996
Bakıda keçirilən UFC döyüş gecəsi davam edir.
AzVision.az xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan turnirin ikinci görüşü super yüngül çəkidə çıxış edən rusiyalı Taqir Ulanbekov ilə qazaxıstanlı Maksum Azat arasında olub.

Üç raundun sonunda rusiyalı idmançı qələbəyə sevinən tərəf olub. Qeyd edək ki, gecənin əsas döyüşləri saat 23:00-dan etibarən start götürəcək. Əsas qarşılaşma keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında olacaq. Gecənin ikinci ən vacib döyüşü Azərbaycan təmsilçisi Rafael Fiziyevlə çilili İqnasio Bahamondes arasında yüngül çəkidə baş tutacaq.

Qeyd edək ki, turnir çərçivəsində Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onlar müvafiq olaraq, braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbayla qarşılaşacaqlar.

AzVision.az



Teqlər:



Xəbər lenti