AEBA: İranda radiasiya səviyyəsində artım yoxdur

 AEBA: İranda  radiasiya  səviyyəsində artım yoxdur
  22 İyun 2025    Oxunub:1556
AEBA: "İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra radiasiya səviyyəsində artım yoxdur".
Fordo da daxil olmaqla, İranın üç nüvə obyektinə endirilən zərbələrdən sonra hazırda radiasiya səviyyəsində artım barədə məlumat daxil olmayıb.

Bu barədə məlumatı Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) özünün X hesabında təsdiqləyib.

Bildirilir ki, yeni məlumatlar əldə edilən kimi AEBA İrandakı vəziyyətlə bağlı öz dəyərləndirmələrini açıqlayacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti