Tehran: "Tramp müharibəni başlatdı"

      Tehran:    "Tramp müharibəni başlatdı"
  23 İyun 2025    Oxunub:1180
"ABŞ-nin son düşmənçilik hərəkətləri İran Silahlı Qüvvələrinin qanuni hədəflərinin əhatə dairəsini genişləndirdi".
"Reuters" xəbər agentliyinin məlumatına görə, bu sözləri İran Ordusunun "Xatəm-əl-ənbiya" Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfüqari yaydığı videomüraciətdə dilə gətirib. O vurğulayıb ki, ABŞ öz hərəkətlərinin ağır nəticələrini "gözləməlidir".

"Cənab Tramp, qumarbaz, bu müharibəni siz başlada bilərsiniz, amma onu biz başa çatdıracağıq", - sözçü bildirib.
Tramp İranda rejimin dəyişməsini istəyir

Xatırladaq ki, iyunun 13-dən etibarən İsrail və İran arasında qarşılıqlı raket hücumlarına əsaslanan gərgin münaqişə başlayıb. İsrail əsasən İran ərazisindəki nüvə və raket obyektlərini hədəfə alaraq sıradan çıxarır. İyunun 22-də gecə saatlarında isə ABŞ Hərbi Hava Qüvvələri İranın "Nətənz", "Fordo" və İsfahan şəhərindəki nüvə obyektlərinə aviazərbələr endirib. Belə bir şəraitdə Prezident Donald Tramp özünün "Truth" hesabında yazdığı postda "İranda rejim dəyişikliyinin vaxtının çatdığına" eyham vurub.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   İsrail   ABŞ   münaqişə   müharibə  



Xəbər lenti