Asia Times: “İran oyun qaydalarını dəyişir” | VİDEO
“Vaşinqton üçün raket zərbəsi çəkindirmə ilə bağlı aktual suallar doğurur. ABŞ Körfəzdəki hərbi mövcudluğunu müttəfiqlər üçün qalxan və İrana qarşı çəkindirici vasitə kimi əsaslandırır. Lakin Tehran risklərə baxmayaraq, ABŞ-nin aktivlərinə birbaşa hücum etməyə hazır olduğunu göstərdi”, - məqalədə deyilir.
Müəlliflər vurğulayırlar ki, İranın zərbəsi “strateji” xarakter alıb və Körfəz ölkələrinə artıq hücumlardan immunitetə zəmanət verilmədiyini göstərib.
Xatırladaq ki, iyunun 23-də İran ordusu “Qələbə müjdəsi” əməliyyatı çərçivəsində Birləşmiş Ştatların hərbi bazalarının yerləşdiyi Qətərə doğru 6 və İraq ərazisinə bir raket atıb. “Press TV”-nin məlumatına görə, 3 raket Qətərdəki Amerika hava bazasını vurub.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


