Klublararası dünya çempionatında 1/8 final cütləri müəyyənləşib | VİDEO

   Klublararası dünya çempionatında 1/8 final cütləri müəyyənləşib    | VİDEO
  27 İyun 2025    Oxunub:1136
ABŞ-nin ev sahibliyi etdiyi klublararası dünya çempionatında (KDÇ) qrup mərhələsinə yekun vurulub.
AzVision.az xəbər verir ki, 1/8 finala yüksələn komandaların da adları bəlli olub.

28 iyun
“Palmeyras” (Braziliya) – “Botafoqo” (Braziliya)
“Benfika” (Portuqaliya) – “Çelsi” (İngiltərə)
29 iyun
“PSJ” (Fransa) – “İnter Mayami” (ABŞ)
“Flamenqo” (Braziliya) – “Bavariya” (Almaniya)
30 iyun
“İnter” (İtaliya) – “Fluminense” (Braziliya)
1 iyul
“Mançester Siti” (İngiltərə) – “Əl-Hilal” (Səudiyyə Ərəbistanı)
“Real” (Madrid, İspaniya) – “Yuventus” (İtaliya)
2 iyul
“Borussiya” (Dortmund, Almaniya) – “Monterrey” (Meksika)

Xatırladaq ki, FIFA Klublararası Dünya Çempionatı altı qitə konfederasiyasının ən güclü nümayəndələri arasında keçirilən yarışdır. Turnir Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) himayəsi altında keçirilir. İlk FIFA Klublararası Dünya Çempionatı 2000-ci ilin yanvarında Braziliyada baş tutub.

Turnir FIFA tərəfindən hər il Yaponiyanın Yokohama şəhərində UEFA Çempionlar Liqasının qalibi ilə Libertadores Kubokunun qalibi arasında keçirilən Qitələrarası Kubokun varisi kimi tanınıb.


Sahil İsgəndərov
AzVision.az



Teqlər: FİFA   çempionat   klublar  



Xəbər lenti