“Müdafiə və təhlükəsizlik sahəsində məsləhətləşmələrin başlanması əməkdaşlığımızın çərçivəsinin müasir təhdidlərə uyğunlaşdırılması və onların aradan qaldırılması üçün əlavə səylərin göstərilməsi istiqamətində mühüm addımdır”, - Ermənistan XİN-in rəhbəri vurğulayıb.
Mirzoyan həmçinin Kaya Kallasla Aİ-nin Ukrayna üçün silah aldığı Avropa Sülh Fondu çərçivəsində Ermənistana yardımın göstərilməsini müzakirə edib.
Kaya Kallas, öz növbəsində, Aİ-nin Ermənistan və Azərbaycan arasında nizamlanma prosesindən ruhlandığını, bu prosesin mümkün qədər tez başa çatdırılmasını istədiyini bildirib.
- Mən buraya aydın mesajla gəlmişəm: Aİ və Ermənistan heç vaxt indiki qədər yaxın olmayıblar. Bu gün biz təhlükəsizlik və müdafiə üzrə birgə Ermənistan-Aİ məsləhətləşmələrinə başladıq”, - Aİ diplomatiyasının rəhbəri deyib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


