Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd olunacaq

   Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd olunacaq
  05 İyul 2025    Oxunub:1905
Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyası Elm və Təhsil Nazirliyi ilə birlikdə akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayacaq. Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu ilin dekabr ayında görkəmli alim və ictimai xadim, Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Heydər oğlu Məmmədəliyevin anadan olmasının 120 ili tamam olur.

AzVision.az


Teqlər: alim   yubiley   sərəncam  



Xəbər lenti