ABŞ-da daşqınlarda ölənlərin sayı 27-yə çatıb

ABŞ-da daşqınlarda ölənlərin sayı 27-yə çatıb
  05 İyul 2025    Oxunub:830
Texas ştatında güclü yağışların yaratdığı daşqın fəlakətində həyatını itirənlərin sayı 27 nəfərə yüksəlib.
AzVision.az xəbər verir ki, bu barədə Kerr dairəsi şerifinin ofisi məlumat verib.

Hadisə mərkəzi Texasın mərkəzi hissəsində baş verib və fəlakət zonasında təxminən 850 nəfər xilas olunub. İtkin düşənlərin axtarışı isə davam etdirilir.

Ölənlər arasında 18 böyüklə yanaşı, 9 uşaq var. Həmçinin yeddi nəfərin – o cümlədən bir uşağın şəxsiyyəti hələ müəyyən edilməyib.

Xilasedicilər sel zonasında yerləşən Qızlar şəhərciyindən 20 azyaşlını tapmaq üçün axtarışlarını davam etdirirlər.

AzVision.az



Teqlər:



Xəbər lenti