Dağıstanın rəhbəri azərbaycanlılara müraciət etdi
// "Bizi sonradan utanacağımız hərəkətlərə sövq edə bilərlər"
- Dağıstanda buranı öz evi hesab edən xeyli azərbaycanlı yaşayır. Bizim münasibətlərimiz coğrafi yaxınlıqdan qat-qat artıqdır və tarixi, qohumluq əlaqələrini, mədəniyyəti əhatə edir. Azərbaycanlılar Dağıstanın köklü xalqıdırlar. Lakin indiki vəziyyətdə bizi təxribata çəkə, sonradan utanacağımız hərəkətlərə sövq edə bilərlər,- Melikov vurğulayıb.
O üzünü Dağıstan və Azərbaycan xalqlarına tutaraq, təxribatlara uymamağa çağırıb: “Təxribatlara uymayın, məişət millətçiliyi səviyyəsinə enməyin! Ancaq rəsmi məlumatlara inanın. Biz birlikdə çox şeylərdən keçmişik, bundan da keçəcəyik”.
Tariyel Həsənov
AzVision.az
Teqlər: Dağıstan







Vaxtında, Aydın, Lazımlı!


