Kuril adalarında nəhəng köpək balığı sahilə çıxıb | VİDEO

   Kuril adalarında nəhəng köpək balığı sahilə çıxıb    | VİDEO
  07 İyul 2025    Oxunub:1483
Su dalğası Kuril adalarının sahilinə iri siyənək köpəkbalığı atıb.
AzVision.az xəbər verir ki, “Amur Mash” Telegram-kanalının yaydığı məlumata görə, qumun üstünə atılmış yırtıcı Şikotan adasındakı Krabovaya körfəzində suyun geri çəkilməsindən sonra aşkar edilib. Mütəxəssislər köpəkbalığının oraya necə düşdüyünü anlamağa çalışırlar.

Qeyd edək ki, iyunun 26-da Primorsk diyarı sahillərindəki Ussuri körfəzində adamyeyən mako köpəkbalıqlarının göründüyü bildirilib. Həmin gün Şimali Koreya vətəndaşlarının Saxalində siyənək və qızıl balıqlar dəstəsinə aid köpəkbalığı tutduqları məlum olub.

Daha əvvəl isə, bu ilin mart ayında bir qrup amerikalı balıqçı təxminən 700 kiloqram ağırlığında nəhəng adamyeyən ağ köpəkbalığını tutmuşdu. Ölçüsü təxminən dörd metr olan yırtıcı Şimali Karolinadakı Hatteras adası yaxınlığında tutulub. Yeddi balıqçı köpək balığını sahilə çəkmək üçün təxminən yarım saat vaxt sərf edib. Sonra videogörüntüyə çəkdikləri köpəkbalığını yenidən suya buraxıblar.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kuril   köpəkbalığı  



Xəbər lenti