Rusiya robotların hazırlanmasına böyük pullar xərcləyəcək | VİDEO

Rusiya robotların hazırlanmasına böyük pullar xərcləyəcək    | VİDEO
  07 İyul 2025    Oxunub:1150
Rusiya qarşıdakı altı il ərzində robotlar və robot texnologiyalarına təxminən 1,7 milyard dollar ayırmağı planlaşdırır.
AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Sənaye və Ticarət naziri Anton Əlixanov Şanxay Əmək Təşkilatına (ŞƏT) üzv ölkələrin sənaye nazirlərinin “İnnoprom” sərgisi çərçivəsində keçirilən görüşündə deyib.

“Geniş spektrli dövlət dəstəyi tədbirləri tələbatın stimullaşdırılmasına, robot texnikasının yeni modellərinin, texnoloji infrastrukturun yaradılması üçün tədqiqat və təcrübə-konstruktor işlərinin aparılmasına yönəlib ki, onların əsasını Rusiyadakı gələcək 30 robot texnikasının inkişafı mərkəzi təşkil edəcək”, - nazir vurğulayıb.

Əlixanov bildirib ki, hökumətin qarşısında 2030-cu ilədək hər 10 min nəfərə 145 ədəd, dövlətin iştirak etdiyi sənaye müəssisələri üçün isə hər 10 min işçiyə 230-a qədər robot sıxlığını təmin etmək vəzifəsi dayanır.

Onun sözlərinə görə, rusiyalı mütəxəssislər sənaye robotları üçün artıq mühərriklər, idarəetmə sistemləri, texniki baxış və naviqasiya istehsal edir. Həmçinin, məlumat ötürmə sistemləri, enerji təchizatı, vəziyyət sensorları və öz proqram təminatının inkişafı da həyata keçirilir.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   robotlar  



Xəbər lenti