Kiyevdə çinli casuslar saxlanılıb
“Gənc oğlan ən son silahların hazırlanmasına çıxışı olan ukraynalı mütəxəssisi casusluğa cəlb etməyə çalışıb. Onun məqsədi “Neptun” kompleksi haqqında rəsmlər və texniki məlumatlar əldə etmək olub”, - istintaqın materialında deyilir.
UTX bildirir ki, ilkin mərhələdə şübhəlini ifşa edib, onu köçürmə zamanı məxfi materiallarla saxlayıb. Daha sonra məlumatları Çin kəşfiyyat orqanlarına verməli olan ata da saxlanılıb.
Axtarışlar zamanı casusların telefonları və digər məlumat daşıyıcıları müsadirə edilib. Hər iki şəxs Ukrayna Cinayət Məcəlləsinin 114-cü maddəsinin 1-ci hissəsi (“Casusluq”) ilə şübhəli bilinir. Onları 15 ilə qədər həbs gözləyir.
“RK-360MC Neptun” Ukraynanın orta mənzilli gəmi əleyhinə raket kompleksi 2020-ci ildə istifadəyə verilib. Sistem 2022-ci ilin aprelində Rusiya Qara Dəniz Donanmasının flaqmanı olan “Moskva” kreyserinin məhv edilməsindən sonra geniş şöhrət qazanıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


