Kelloq: “Ukrayna üçün Marşall planı olmalıdır” | VİDEO

   Kelloq: “Ukrayna üçün Marşall planı olmalıdır”    | VİDEO
  10 İyul 2025    Oxunub:1029
ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq bildirib ki, Kiyevin müttəfiqləri yeni Marşall planı hazırlamaqla ölkənin yenidən qurulmasına kömək etməlidir.
AzVision.az “Ukrinform” media-resursuna istinadən xəbər verir ki, Kit Kelloq Ukraynanın bərpası ilə bağlı Romada keçirilən konfransda belə deyib.

Bu zaman Amerikalı İkinci Dünya Müharibəsindən sonra Avropanın bərpasını və ABŞ-nin həyata keçirdiyi Marşall Planını xatırladıb.

“Doğrudur, bu çətin olacaq. Amma biz Ukrayna üçün də eyni şeyi etməliyik. İlk addım tərəflər arasında atəşkəs əldə etmək olacaq. Keçmiş hərbçi kimi mən Ukraynada baş verən zorakılığın səviyyəsini anlamaqda çətinlik çəkirəm”, - Kit Kelloq vurğulayıb.

Kit Kelloq: “Ukrayna həlledici qışı yaşayır”
Qeyd edək ki, 10-11 iyul 2025-ci il tarixlərində Romada İtaliyanın baş naziri Corca Meloninin ev sahibliyi ilə Ukraynanın bərpasına dair konfrans keçirilir.

Marşall planı 1947-ci ildə ABŞ tərəfindən İkinci Dünya Müharibəsi nəticəsində xarabalığa çevrilmiş Avropanı bərpa etmək, onun iqtisadiyyatını gücləndirmək və kommunizmin genişlənməsinin qarşısını almaq üçün təklif etdiyi iqtisadi yardım proqramı idi.


Sahil İsgəndərov
AzVision.az



Teqlər: Kelloq   Ukrayna   Marşall  



Xəbər lenti