Lavrov-Rubio görüşü baş tutub | VİDEO

   Lavrov-Rubio görüşü baş tutub    | VİDEO
  10 İyul 2025    Oxunub:1127
Malayziyanın paytaxtı Kuala-Lumpurda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla ABŞ-nin Dövlət katibi Marko Rubio arasında görüş başa çatıb.
AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, iki ölkənin diplomatiya idarələrinin rəhbərlərinin görüşü 50 dəqiqə davam edib.

"Lavrov və Rubio ən aktual olan bütün cari məsələləri müzakirə edə bilərlər. Bura Moskva və Kiyev arasında danışıqların üçüncü raunduna hazırlıq da daxildir", - Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa görüşlə bağlı öz ehtimalını açıqlayıb.

Rubio Lavrovala görüşmək istəyir | VİDEO
Lavrov və Rubionun Malayziyadakı danışıqları barədə ilk məlumatı ABŞ Dövlət epartamentinin nümayəndəsinə istinad edən “Reuters” agentliyi yayıb. Görüş Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) təşkil etdiyi tədbirlər çərçivəsində baş tutub.

Qeyd edək ki, iyun ayında Rusiya XİN Sergey Lavrov və Marko Rubionun daimi təmasda olduqlarını açıqlamışdı. Bu vaxta qədər onların Ər-Riyadda üzbəüz danışıqlar aparmağa nail olduqları və yeddi dəfə telefon əlaqəsi saxladıqları vurğulanmışdı.

Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov Lavrovla Rubio arasında ünsiyyətin Ukraynadakı vəziyyət və münaqişənin həlli yollarının axtarışı ilə bağlı olduğunu bildirib. Ryabkov Moskva ilə Vaşinqton arasında münasibətlərin bu aspektinin demək olar ki, bütün səviyyələrdə ikitərəfli gündəmdə öz əksini tapdığını söyləyib.


Sahil İsgəndərov
AzVision.az




Teqlər:   Rubio   Lavrov   görüş  



Xəbər lenti