Braziliya ABŞ-yə cavab hazırlayır | VİDEO

   Braziliya ABŞ-yə cavab hazırlayır    | VİDEO
  11 İyul 2025    Oxunub:1022
ABŞ hökuməti Braziliya məhsullarına əvvəlcədən açıqladığı 50% tarifləri həmin tarixə qədər aradan qaldırmasa, Braziliya avqustun 1-dən ABŞ mallarına güzgü tarifləri tətbiq edəcək.
AzVision.az “Jornal Nacional” nəşrinə istinadən xəbər verir ki, Braziliyanın prezidenti Luis İnasiu Lula da Silva belə bəyanatla çıxış edib.

“Tramp vergilərlə oynamağa davam edərsə, bu, əbədi olaraq baş verəcək və tariflərdə “milyonlarla və milyonlarla faiz”ə səbəb olacaq. Halbuki Braziliya ilə ticarətində ABŞ profisitə malikdir”, - Lula da Silva vurğulayıb.

ABŞ Braziliyaya qarşı tarif savaşına başladı
Siyasətçi təkcə 2023-cü ildə Braziliya ABŞ-yə təxminən 40 milyard dollar dəyərində mal ixrac etdiyini, oradan idxalın isə 47 milyard dollar məbləğində olduğunu xatırladıb. Nəticədə Braziliya tərəfində 7 milyard dollarlıq kəsir yaranıb. Prezident sual edib ki, niyə Donald Tramp “bu absurd məktubu yazmazdan” əvvəl ABŞ-nin Maliyyə nazirliyində heç kim bunu Trampa izah etməyib.

Xatırladaq ki, bundan əvvəl Lula da Silva Amerika lideri Donald Trampın Braziliya mallarına 50% rüsum tətbiq olunacağını bildirdiyi məktubun məzmununu tənqid edib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Braziliya   ABŞ   cavab  



Xəbər lenti