Suriya prezidenti İlham Əliyevə təşəkkür etdi

   Suriya prezidenti İlham Əliyevə təşəkkür etdi
  13 İyul 2025    Oxunub:1578
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əş-Şaraa Azərbaycanın dövlət başçısı İlham Əliyevə təşəkkür edib.
Suriya prezidentinin təşəkkür məktubunda Bakıya səfəri zamanı səmimi qəbula görə minnətdarlıq ifadə olunub.

Daha sonra deyilir ki, Azərbaycan və Suriya zəngin sərvətlərə malik olan, dünyanın mərkəzində əlverişli mövqedə yerləşən dövlətlərdirlər. Aramızdakı əməkdaşlıq enerji resurslarının hasilatında və daşınmasında böyük üstünlüklər yarada bilər. Tərəfdaşlığımız regionda sülhün və sabitliyin möhkəmlənməsinə böyük töhfə verəcək.



Samir Quliyev
AzVision.az


Teqlər: Suriya  



Xəbər lenti