Qəzzada bir gündə azı 95 fələstinli həlak olub

Qəzzada bir gündə azı 95 fələstinli həlak olub
  14 İyul 2025    Oxunub:829
İsrailin Qəzza zolağına son 24 saatda endirdiyi hava zərbələri nəticəsində 95 fələstinli həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb. Kanal qeyd edib ki, İsrail Qəzza zolağına, o cümlədən bazara və su paylama məntəqəsinə hücumu davam etdirərək, azı 95 fələstinlini öldürüb.

İsrailin Qəzza şəhərindəki bazara hücumu nəticəsində azı 17 nəfər həlak olub. Nuseyrat qaçqın düşərgəsində İsrailin raket hücumu su paylama məntəqəsinə tuş gəlib, nəticədə içməli su almaq üçün növbə gözləyən 7 uşaq olmaqla 10 nəfər həlak olub, 17 nəfər yaralanıb.

AzVision.az



Teqlər:



Xəbər lenti