Fələstin Prezidenti Toni Bleyrlə görüşüb

Fələstin Prezidenti Toni Bleyrlə görüşüb
  14 İyul 2025    Oxunub:799
Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbas Britaniyanın sabiq (1997-2007) Baş naziri Toni Bleyrlə görüş keçirib.
Bu barədə Fələstinin "Wafa" xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, görüş İordaniyanın paytaxtı Əmman şəhərində baş tutub. Onlar əsasən Qəzza zolağındakı cari vəziyyət ətrafında müzakirə aparıblar.

Mahmud Abbas iranyönümlü HƏMAS terror təşkilatını saxladığı əsirləri azadlığa buraxmağa, silah-sursatını Fələstin Muxtariyyətinə təhvil verməyə çağırıb

"Postmüharibə dövründə HƏMAS-ın Qəzzada hakim qalması yolverilməzdir", – o deyib.

O həmçinin İsrail qarşısında zolağa humanitar yardımın maneəsiz buraxılması tələbini irəli sürüb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Fələstin   Britaniya   Qəzza   danışıqlar  



Xəbər lenti