ÜST I İmmunizasiya proqramının 32 milyon insanın xilas edəcəyi proqnozlaşdırılır

      ÜST I    İmmunizasiya proqramının 32 milyon insanın xilas edəcəyi proqnozlaşdırılır
  15 İyul 2025    Oxunub:1270
2020-2030-cu illər üçün 98 ölkədə 10 patogena qarşı immunizasiya proqramının 32 milyon həyatı xilas edəcəyi proqnozlaşdırılıb. Onların 88%-ni 5 yaşa qədər uşaqlar təşkil edəcək.
AzVision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin məsləhətçisi Şahnaz Həsənova media nümayəndələri ilə görüşdə deyib.

Onun sözlərinə görə, dünyada immunizasiya sayəsində difteriya, tetanus, göyöskürək, qrip və qızılca kimi xəstəliklərdən hər il 5 milyona qədər ölümün qarşısını alınır.

”Peyvəndlər çox təhlükəsiz və effektivdir, ona görə də bir neçə peyvəndi eyni gündə vurmaq olar. 30-dan çox təhlükəli xəstəliyə qarşı peyvənd mövcuddur. Həmçinin iki xərçəng növünə qarşı peyvənd mövcuddur. Bunlar qaraciyər xərçəngi və uşaqlıq boynu xərçəngi ilə bağlı peyvəndlərdir”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti